Fərdi sahibkar (VÖEN açmaq) və MMC açmaq arasındakı fərqlər

Fərdi sahibkar ilə MMC arasındakı əsas fərq odur ki, fərdi sahibkar yalnız bir şəxsin adından fəaliyyət göstərir və şəxsi məsuliyyət daşıyır, MMC isə ayrıca hüquqi şəxsdir və təsisçilərin məsuliyyəti şirkətin kapitalı ilə məhdudlaşır.

Azərbaycanda biznes qurmaq istəyən şəxslər adətən iki variant arasında seçim edirlər: Fərdi sahibkar (VÖEN ilə)Məhdud Məsuliyyətli Cəmiyyət (MMC). Hər iki formanın üstünlükləri və çatışmazlıqları var:

  • Fərdi sahibkar (VÖEN) → Sadə, sürətli qeydiyyat. Şəxsi məsuliyyət daşıyır.
  • MMC → Daha nüfuzlu, hüquqi şəxs statusu var, amma qeydiyyat və idarəetmə daha mürəkkəbdir.

Fərdi sahibkar və MMC arasında hüquqi fərq nədir?

Fərdi sahibkar fiziki şəxsdir, MMC isə hüquqi şəxsdir. Bu səbəbdən MMC daha geniş hüquqlara malikdir.

Hansını açmaq daha ucuzdur?

Fərdi sahibkar (VÖEN) açmaq daha ucuzdur. MMC üçün əlavə kapital və prosedurlar tələb olunur.

Hansı daha tez qeydiyyatdan keçir?

Fərdi sahibkarın qeydiyyatı orta hesabla 5-10 dəqiqə çəkir, MMC isə 2–3 iş günü ərzində təsdiqlənir.

Vergilər baxımından hansı daha sərfəlidir?

Kiçik biznes üçün fərdi sahibkar daha sərfəli ola bilər. Amma iri həcmli dövriyyə və əməliyyatlar üçün MMC daha uyğundur. Lakin vergi mükəlləfiyyətləri və dərəcələri hər ikisi üçün eynidir.

Hansı müştərilər üçün daha etibarlı görünür?

Vöen ilə dövlət qeydiyyatından keçmiş istər fərdi sahibkar, istərsə də hüquqi şəxs etibarlıdır. Lakin MMC hüquqi şəxs olduğu üçün iri şirkətlər və dövlət qurumları ilə müqavilə bağlamaqda daha üstünlük təşkil edir.

Biznes forması seçərkən fəaliyyətin miqyası, müştəri auditoriyası və məsuliyyət dərəcəsi nəzərə alınmalıdır. Kiçik biznes üçün fərdi sahibkar, iri layihələr və beynəlxalq əməkdaşlıq üçün MMC daha uyğun modeldir.

Hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü fəslində geniş bəhs edilmişdir. Linkə keçid edərək ətraflı oxuyun: https://e-qanun.az/framework/46944