Asan İmza onlayn qeydiyyatı

“Asan İmza” – mobil identifikasiya və elektron imza funksiyasını birləşdirən rəsmi rəqəmsal imzadır. Xidmətimiz vasitəsilə sizə uyğun mobil operator üzərindən Asan İmza qeydiyyatı aparılır və imzanız aktiv edilir. Bu imza ilə VÖEN açmaq, MMC yaratmaq, dövlət portallarına girişelektron sənədləri imzalamaq mümkündür.

Asan İmza (Mobil imza) ilə e-Azərbaycan bürokratiyanı bir tarixə çevirməklə və hökumətin bütün səviyyələrində işi əvvəlki vaxtlarla müqayisədə daha səmərəli təşkil etməklə hökumət və vətəndaş arasında əlaqənin tamamilə transformasiya edilməsi deməkdir.

Bu, o deməkdir ki, Azərbaycan hökuməti İSTƏNİLƏN ŞƏXSİN İSTƏNİLƏN xidmətdən istifadə edə bilməsi üçün İSTƏNİLƏN YERDƏ, İSTƏNİLƏN VAXTDA, İSTƏNİLƏN YOLLA telefon vasitəsilə hər zaman öz vətəndaşları ilə birlikdədir!

Asan İmza (Mobil imza) Azərbaycanın güclü iqtisadiyyat, daha yaxşı ictimaiyyət və parlaq gələcək yaratmaq üçün istifadə etdiyi qabaqcıl texniki həll yolları vasitəsidir.

Asan İmza (Mobil imza) müştəriyə mobil telefondan təhlükəsiz elektron ID forması kimi istifadə etmək imkanı verən xidmətdir. E-imza həllinə (məsələn, e-imza) əsaslanan hər hansı başqa smart kart texnologiyası kimi o, təhlükəsiz şəkildə e-xidmətlərdən istifadə etmək və sənədləri elektron şəkildə imzalamaq üçün istifadə edilə bilər. Bununla belə o, kart oxuyucusu tələb etməyən üstünlüyə malikdir. Sistem müştərinin mobil telefon operatorundan əldə etməli olduğu xüsusi Asan İmza (Mobil imza) SIM kartı əsasında işləyir. İdentifikasiya (kimliyin təsdiqi) və imzalama üçün xüsusi proqramla birlikdə mobil SIM kartda fərdi açarlar saxlanılır. Asan İmza (Mobil imza) şəbəkələrdən, proqramlardan və xidmətlərdən geniş istifadə mümkünlüyü sayəsində müxtəlif cihazlarda istənilən vaxtda və yerdə mümkün yeni formalı qarşılıqlı əlaqəni və əməliyyatı əks etdirən, Azərbaycanda e-hökumətin daha mükəmməl variantı hesab olunan U-hökumət – Vahid hökumətin yaradılmasına doğru atılan ilk addımdır.

İstifadə üçün asan və rahatdır

Şəxsi mobil identifikasiyanız hər zaman sizinlədir və xarici ölkə də daxil olmaqla, kompyuter və mobil rabitənin qəbul siqnalı olan bütün yerlərdə istifadə oluna bilər. Siz artıq kompyuterə kart oxuyucusunu daxil etməyə də bilərsiniz, sizin mobil telefonunuz bunu əvəz edir.

Siz müvafiq proqram təminatını endirməyə də bilərsiniz. Proqram təminatı sizin mobil telefonunuza quraşdırılıb. Asan İmza ilə siz sanki öz e-imza smart kartınızı (e-İmza kartı), PIN kalkulyatorunu və kart oxuyucusunu hər zaman özünüzlə daşıyırsınız. Bu xidmətdən istifadə etmək üçün heç bir əlavə tədbirlər və ya konfiqurasiyalar tələb olunmur.

Bütün müasir mobil telefonlar Asan İmza-nın (Mobil imza) istifadəsi üçün yararlıdır.

“Asan İmza”nı necə qorumalı?

Məlum olduğu kimi “Asan İmza” (Mobile ID) elektron mühitdə sizin şəxsiyyətinizi təsdiqləyir. “Asan İmza” dövlət e-xidmətlərinə, internet bankçılığına və bir çox digər elektron xidmətlərə çıxış imkanı yaradır. Azərbaycanın innovativ mobil şəxsiyyət vəsiqəsi və elektron imza texnologiyası mobil telefon və PİN kodlarla istənilən yerdə və istənilən vaxt onlayn əməliyyatlar həyata keçirməyin ən sadə və təhlükəsiz üsuludur. “Asan İmza” ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədləri rəqəmsal imza ilə imzalaya bilərsiniz.
İdentifikasiya məlumatları və rəqəmsal imza yüksək səviyyəli təhlükəsizlik texnologiyası və müvafiq PİN kodlar ilə qorunur. Bununla belə bədniyyətlilər çox vaxt insanların ehtiyatsızlığından istifadə edir. Ona görə də “Asan İmza”dan istifadə edərkən sadə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.

“Asan İmza”nın istifadəsində əsas təhlükəsizlik qaydası aşağıdakılardır:

İmzalama açarları SIM kartda yerləşdiyi üçün telefonda quraşdırılan SIM kartı və PİN kodları kənar şəxslərə verməyin.

Heç kim sizin PİN-kodları bilmədən “Asan İmza”nızdan istifadə edə bilməz. “Asan İmza” SİM kartınızı, PİN-ləri və “Asan İmza” İstifadəçi ID-nizi üçüncü şəxslərə verməməyiniz çox vacibdir.  “Asan İmza”nızı üçüncü şəxslərə verdikdə,  siz həmin şəxsə  adınızdan fəaliyyət göstərməyə imkan verən bütün şəxsi məlumatlarınıza girişi təmin edəcəksiniz. Belə olduqda, mobil imzanızdan istifadə etməklə həyata keçirilən bütün əməliyyatlara görə məsuliyyət daşıyırsınız!

“Asan İmza” SIM kartının əldə edilməsindən sonra “Asan İmza” İstifadəçi ID-ni və PİN kodlarını dəyişmək məsləhət görülür.

PİN kodlarınızı telefon parametrlərində yerləşdirilmiş “Asan İmza” menyusunda dəyişə bilərsiniz. Daha asan yadda qalsın deyə PİN1 və PİN2 kodlarını eyni şəkildə dəyişməyin. Kodları dəyişmək üçün Sizə məxsus PUK kodu bilməyiniz tələb olunur. İstifadəçi ID-nizi e-taxes.gov.az portalında yerləşən “Asan İmza Şəxsi Kabineti”ndə və ya AsanDoc Client də dəyişə bilərsiniz.

PİN və PUK kodları telefondan ayrı saxlayın.                         

PİN kodlarınızın kənar şəxslərə verilməməsi çox vacib məsələ hesab edilir. Ona görə də “Asan İmza” PİN və PUK kodlarını telefondan ayrı saxlamaq məsləhət görülür. Hətta telefonunuzu tanışlarınıza müəyyən müddətə belə verdikdə PİN və PUK kodlarınızı gizli saxlayın!  PİN kodları əzbərləyin. Bu üsul alınmadıqda isə PİN kodları “Asan İmza”ya heç bir istinad etmədən etibarlı yerə qeyd edin.

Smartfon ekranının kilidlənməsindən istifadə edin

Bütün smartfonlarda ekranın kilidlənməsi funksiyası mövcuddur. Onun istifadəsi əlverişsiz görünə bilər, ancaq onsuz da mümkün deyildir. Ən çox yayılmış ekran kilidi variantı rəqəmlərdən ibarət parolun daxil edilməsidir. Yeni telefonlar isə pattern və ya barmaq izi əsaslı kilidləmə üsulunu təklif edir. Ən təhlükəsiz seçimlər parol və barmaq izləridir. 0000, 1111, 1234, 2580 və doğum tarixiniz (və ya qohumlarınızın doğum tarixləri) kimi sadə kombinasiyalardan ibarət olan şifrələri istifadə etməkdən çəkinin.

Telefonun ekranında “Asan İmza” vasitəsilə istifadə etmək istədiyiniz xidmətin adının yazıldığından və  sorğu kodunun telefonunuzun ekranına gələn kodla eyni olduğundan əmin olun.

Mobil telefonunuzu itirdikdə və ya oğurlandıqda, siz ilk növbədə aid olduğunuz mobil operatora yaxınlaşaraq “Asan İmza” SİM kartının dublikatını çıxarmalı, daha sonra Asan Sertifikat Xidmətləri Mərkəzində sertifikatlarınızı yeniləməlisiniz.

Telefonunuzu itirdikdə sertifikat(lar)ı dərhal dayandırmaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) Texniki dəstək (195)  xidmətilə əlaqə saxlayın və sertifikat(lar)ın fəaliyyətinin dayandırılması barədə sorğu göndərin. İtirilmiş telefonu tapdıqda və fəaliyyəti dayandırılmış “Asan İmza” sertifikat(lar)ınızı aktivləşdirmək istədikdə, ASXM-ə müraciət etməlisiniz.

Müasir texnologiyalar mobil qurğulara funksionallığına görə stolüstü kompüterlər və noutbuklara ilə yarışmağa imkan verir. Ona görə də əgər Siz smartfondan istifadə edirsinizsə. unutmayın ki, onun da kompüteriniz kimi qorunması tələb olnur.

Asan İmza (Mobil imza) İnternet istifadəçiləri üçün güclü, bütöv rəqəmsal identifikasiyanın yaradılması üçün təşkilati və texniki tədbirlər toplusudur. İndi Azərbaycanın qabaqcıl mobil bazarında, təhlükəsizlik funksionallığının SIM karta daxil edilməsi ilə mobil telefonun fərdin kimliyini müəyyənləşdirməsi, kimliyinin qorunması və hüquqi cəhətdən əsaslandırılmış rəqəmsal “imzanın” yaradılması mümkündür.

Asan İmza-dan (Mobil imza) istifadə etmək üçün istifadəçilər xüsusi SIM kart (mobil operatorlarda mövcuddur) əldə etməli, əlavə təhlükəsizlik xidmətini isə ASAN-da və ya Vergilər Nazirliyində aktivləşdirməlidirlər. Artıq Asan İmza (Mobil imza) identifikasiya və rəqəmsal imzalama üçün hər hansı uyğun gələn internet saytında, yaxud başqa cihazlarda istifadə üçün hazırdır. Asan İmza (Mobil imza) sertifikatları üç il ərzində etibarlıdır. Bu xidmət Açıq Açar İnfrastrukturuna (AAİ) uyğun olaraq həyata keçirilir və Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) ilə əməkdaşlıq əsasında mobil operatorlar tərəfindən təqdim olunur.

Asan İmza (Mobil imza) – Azərbaycan sakinləri üçün inzibati imkanların artırılması və bir yenilikçi, müasir və rahat yaşayış mühitinin təmin edilməsi üçün vasitədir. Asan İmza (Mobil imza) ilə biz demək olar ki, bütün maliyyə əməliyyatlarının elektron şəkildə həyata keçirilməsini təmin etmək niyyətindəyik. Banklar da daxil olmaqla, maliyyə sektoru yeni yaradılan e-Azərbaycan üçün yaxşı zəmin ola bilər. Asan İmza (Mobil imza) ilə biz hər hansı səbəbdən e-imza smart kartı və ya e-İmza kartı mövcud olmadığı halda, ödəniş və m-parkinq həyata keçirə, sizin şirkətinizi yarada, vergi ödəyə, vergi bəyannamələrini göndərə, ictimai nəqliyyatdan və digər e-xidmətlərdən istifadə edə bilərik. Bundan əlavə, tələbələr üçün m-formasında e-xidmətlər icra oluna bilər. Dövlət imtahanından keçmiş tələbə Asan İmza-dan (Mobil imza) istifadə edərək SMS göndərməklə, imtahan nəticələrini öz mobil telefonuna sifariş verə və nəticəni real zamanda görə bilər.