Asan İmza Sim Kartı üzrə Sertifikatın statusunun dəyişdirilməsi

Bu xidmət “ASAN İmza” SİM kartı üzrə Sertifikatın statusunun dəyişdirilməsini əhatə edir. Xidmətdən istifadə etmək üçün Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM-ə) imza sahibi tərəfindən sertifikatın statusunun dəyişdirilməsi üçün ərizə təqdim olunur. Tələb olunan sənədlər və müraciət qaydası ilə “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” vasitəsilə tanış olmaq mümkündür.

Tələb olunan sənədlər

– “AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM-ə) İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi üçün Ərizə”
– notariat qaydasında təsdiq edilmiş etibarnamə (əsli) və ya etibarnamənin notarial qaydada təsdiq edilmiş surəti (ərizə digər şəxs tərəfindən verildikdə)
– dövlət hakimiyyəti və özünüidarəetmə orqanının əməkdaşlarına verilmiş sertifikatların statusunun dəyişdirilməsi ilə bağlı müraciət edildikdə dövlət hakimiyyəti və özünüidarəetmə orqanının rəhbərinin qərarı

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun
– NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı
– VN-nin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer və ya platforma

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), “ASAN Xidmət” mərkəzləri, KOB evləri, öz müştəriləri üçün “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, “Bank BTB” və “Kapital Bank” ASC-ləri

Müraciəti emal edən struktur bölmə

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, KOB evləri, öz müştəriləri üçün “Paşa Bank”, “Bank of Baku”, “Rabitəbank” və “Bank BTB” ASC-ləri

İcra müddəti

Emal müddəti nəzərə alınmaqla müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər

Sertifikatın qüvvəsinin dayandırılması haqqında bildiriş (və ya Sertifikatın ləğv edilməsi haqqında bildiriş və ya Sertifikatların qüvvəsinin bərpa edilməsi haqqında bildiriş)