Vergi Məcəlləsinə bazarlarda vergi uçotunun gücləndirilməsi ilə bağlı edilmiş dəyişikliklər 1 oktyabr 2025-ci ildən qüvvəyə minib. Yeni tələblər bazarda fəaliyyət göstərən icarəçilərin və təsərrüfat obyektlərinin vergi uçotunun təmin edilməsinə yönəlib.
İcarəçi fəaliyyətə başlamazdan əvvəl obyekt uçota alınmalıdır
Bazarda icarəçinin faktiki fəaliyyət göstərməsi onun icarəyə götürdüyü təsərrüfat obyektinin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olmalıdır. Bu tələbin təmin edilməsində bazarın mülkiyyətçisi və ya idarəedicisinin də qanunla müəyyən edilmiş öhdəlikləri var.
Obyektin girişində hansı məlumat olmalıdır?
Sahibkarlıq məqsədilə istifadə edilən daşınmaz əmlakın girişində vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə obyektin vergi uçotuna alınması barədə məlumat yerləşdirilməlidir.
Bazar mülkiyyətçisinin rüblük məlumatvermə öhdəliyi
İcarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandırmış və fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə müəyyən edilmiş məlumat forması rübdə bir dəfə vergi orqanına təqdim edilməlidir.
Hansı bazarlara aid deyil?
Bu xüsusi tələblər kənd təsərrüfatı məhsulları bazarlarına və kənd təsərrüfatı kooperativi bazarlarına şamil edilmir.
Keçid müddəti
Qanunvericilikdə 1 oktyabr 2025-ci ildən sonrakı 6 ay ərzində vergi uçotunda olmayan təsərrüfat obyektlərinin və həmin obyektlərin icarəçilərinin uçota alınmasının təmin edilməsi üçün keçid müddəti nəzərdə tutulub.
Mənbə: Dövlət Vergi Xidməti


