
2025-ci il dekabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 797,4 min nəfər olub.
Dövlət və qeyri-dövlət sektorunda işçi sayı
Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla çalışanların 869,0 min nəfəri dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Orta aylıq nominal əməkhaqqı 1 089,2 manat olub
2025-ci ilin yanvar–noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 1 089,2 manat təşkil edib.
Əməkhaqqının daha yüksək olduğu sahələr
Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əməkhaqqı ölkə üzrə göstəricidən daha yüksək olub.
Mənbə: vergiler.az
Bu material faydalı oldu?Məlumat Mərkəzində digər mövzulara da baxa bilərsiniz.
Bütün məqalələr →


