e-voen.az
VÖEN-in fəaliyyətinin müvəqqəti dayandırılması
Burada fiziki şəxsin sahibkarlıq fəaliyyəti üzrə vergi uçotu statusunun müvəqqəti dayandırılması ilə bağlı elektron müraciət təqdim edilə bilər. Müraciət əsasında vergi öhdəliklərinin yaranmasının qarşısının alınması məqsədilə fəaliyyətin müəyyən müddət ərzində dayandırılması proseduru qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir.
Fəaliyyəti dondurmaq ilə bağlı tez-tez verilən suallar
e-voen.az
VÖEN-i müvəqqəti dondurmaq nə deməkdir?
VÖEN-in fəaliyyətinin müvəqqəti dayandırılması sahibkarlıq fəaliyyəti faktiki olaraq həyata keçirilmədiyi hallarda vergi öhdəliklərinin yaranmasının qarşısının alınması məqsədilə tətbiq olunan inzibati prosedurdur. Bu halda vergi uçotu statusu saxlanılır, lakin fəaliyyət üzrə hesabat təqdimetmə öhdəliyi müvəqqəti olaraq dayandırılır.
Hansı hallarda fəaliyyət müvəqqəti dayandırıla bilər?
Fəaliyyətin müvəqqəti dayandırılması aşağıdakı hallarda məqsədəuyğun hesab edilir:
-sahibkarlıq fəaliyyəti müəyyən müddət ərzində həyata keçirilmədikdə;
-gəlir əldə olunmadıqda;
-fəaliyyətin bərpası gələcəkdə planlaşdırıldıqda;
-vergi hesabatlarının təqdim edilməsi öhdəliyinin qarşısının alınması məqsədilə.
Fəaliyyətin dayandırılması ilə VÖEN-in bağlanması arasında fərq nədir?
Fəaliyyətin müvəqqəti dayandırılması zamanı vergi uçotu statusu saxlanılır və gələcəkdə sahibkarlıq fəaliyyətinin bərpası mümkündür.
VÖEN-in bağlanması isə sahibkarlıq fəaliyyətinə tam xitam verilməsi deməkdir və vergi uçotu ləğv edilir.
Fəaliyyət dayandırılmadıqda hansı risklər yarana bilər?
Sahibkarlıq fəaliyyəti faktiki aparılmadığı halda vergi uçotunun aktiv saxlanılması aşağıdakı hallara səbəb ola bilər:
-təqdim edilməmiş hesabatlara görə inzibati məsuliyyət;
-əlavə vergi öhdəliklərinin yaranması;
-maliyyə sanksiyalarının tətbiqi.
Bu səbəbdən fəaliyyət həyata keçirilmədiyi hallarda müvəqqəti dayandırılması tövsiyə olunur.
Fəaliyyətin müvəqqəti dayandırılması necə həyata keçirilir?
Prosedur aşağıdakı mərhələlər üzrə icra edilir:
-vergi uçotu vəziyyətinin ilkin təhlili;
-mövcud hesabat öhdəliklərinin yoxlanılması;
-elektron müraciətin hazırlanması;
-müvafiq təqdimetmə prosedurunun həyata keçirilməsi;
-müraciətin icra vəziyyəti barədə məlumatlandırma.
Fəaliyyətin müvəqqəti dondurulması neçə müddət ərzində qüvvədə olur?
Sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması müraciətdə göstərilən müddət üzrə tətbiq edilir. Müddət başa çatdıqdan sonra fəaliyyət bərpa edilə və ya zəruri hallarda əlavə müraciət təqdim edilə bilər. Qısacası 5-10-20-30…. illik dondurmaq mümkündür.
Vöenin fəaliyyətini müvəqqəti dondurmaq üçün hara yaxınlaşmalıyam?
Vöenin fəaliyyətinin müvəqqəti dayandırılması, yəni dondurulması üçün xidmət həm onlayn, həm də əyani şəkildə göstərilir. Onlayn xidmət zamanı asan imzanın olması zəruridir. Onlayn xidmət 5 dəqiqə ərzində icra olunur. Əyani xidmət üçün isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaq lazımdır.
Vöenin fəaliyyətini dondurmaq ödənişlidirmi?
Göstərilən onlayn vergi-mühasibatlıq xidmətlərinin hər biri ödənişlidir. Vöenin fəaliyyətinin onlayn dayandırılması, yəni müvəqqəti dondurulması üçün xidmət haqqı 35 azn təşkil edir. Ödənişsiz xidmət almaq istəyən şəxslər əyani şəkildə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşa bilər.
