3, 10 və 17 fevral tarixlərində hərraclar keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3, 10 və 17 fevral tarixlərində hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi və 286 nəqliyyat vasitəsi çıxarılıb.

Fevralın 3-də keçiriləcək hərraca 81 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1971-2022-ci illəri əhatə edir.

Fevralın 10-da keçiriləcək hərraca 11 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2005-2014-cu illəri əhatə edir.

Fevralın 17-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi və 194 nəqliyyat vasitəsi çıxarılıb. İştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Gəncə Quşçuluq”, “Ləki Sinklənmiş qablar”, “Xəzər Avtonəqliyyat”, “Xaçmaz Mexanizasiya Nəqliyyat” və “İsmayıllı Sənaye İstehsal” açıq səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 123.056 manatla 1.223.095 manat arasında dəyişir. Avtomobillərin buraxılış tarixləri 1976-2019-cu illəri əhatə edir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

İstinad: https://vergiler.az/news/economy/37873.html

Ətraflı məlumat: +994 10 510 04 51

Sahibkarlığa doğru ağıllı və sürətli addım

VÖEN açılması və MMC qeydiyyatı proseslərini e-voen.az vasitəsilə rəsmi, təhlükəsiz və operativ şəkildə həyata keçirin. Artıq sənədləşmə və vaxt itkisi yoxdur.

VÖEN AÇMAQ

Fiziki şəxslər üçün fərdi sahibkar kimi dövlət qeydiyyatının aparılması. Müraciət onlayn qəbul edilir, proses qanunvericiliyə uyğun və qısa müddətdə tamamlanır.

MMC AÇMAQ

Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması, təsis sənədlərinin hazırlanması və dövlət qeydiyyatının həyata keçirilməsi. Nizamnamə, Reysetrdən Çıxarış, Vöen