← Məlumat Mərkəzi Faydalı

2025-ci il 350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

1 dəq oxuma Son yenilənmə: 18 Sentyabr 2026
Paylaş

2025-ci ildə KOBİA-nın kiçik və orta biznes subyektlərinin satış imkanlarının genişləndirilməsinə yönəlmiş dəstək mexanizmlərindən 350 mikro, kiçik və orta biznes subyekti yararlanıb.

11 sərgidə 85 KOB subyektinin iştirakı təmin edilib

Agentliyin məlumatına görə, 85 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə ödənişsiz iştirakı təmin olunub. Sərgilərin 8-i Azərbaycanda, 3-ü xarici ölkələrdə keçirilib.

“KOB Fest” yarmarkalarında 220 sahibkar iştirak edib

Mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin tanıdılması və satışına dəstək məqsədilə Göygöl, Şuşa və Göyçayda 3 “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub. Bu tədbirlərdə 220 sahibkar məhsul və xidmətlərini təqdim edib.

45 KOB subyektinin məhsulları satış nöqtələrində yerləşdirilib

İri ticarət şəbəkələrində satışa dəstək mexanizmi çərçivəsində ayrılmış 7 satış nöqtəsində 45 KOB subyektinin məhsullarının satışı həyata keçirilib.

Mənbə: vergiler.az

Bu material faydalı oldu?Məlumat Mərkəzində digər mövzulara da baxa bilərsiniz.
Bütün məqalələr →