XƏBƏRLƏR

Sahibkarlar və fiziki şəxslər üçün aktual vergi, VÖEN və hüquqi proseslərlə bağlı xəbərlər və rəsmi açıqlamalar bu səhifədə təqdim edilir.

5.607 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib

2025-ci il ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 583.733 müraciət qəbul edilib. VÖEN açmaq üçün elektron müraciət göndərməklə qısa zamanda …

Kommersiya qurumlarının sayı 7,2 faiz artıb

2026-cı ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.674.984 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

3, 10 və 17 fevral tarixlərində hərraclar keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3, 10 və 17 fevral tarixlərində hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi və 286 nəqliyyat vasitəsi çıxarılıb.

Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi 2026-cı ildə də davam etdirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə yenidən start verilib.

Ötən 2025-ci il 350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

2025-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 350 mikro, kiçik və orta biznes subyekti yararlanıb.

Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 9,3 faiz artıb

2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1797,4 min nəfər olub, onlardan 869,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.