Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi 2026-cı ildə də davam etdirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə yenidən start verilib.

Bu məqsədlə “Bakı KOB evi”ndə keçirilən tədbirdə layihənin təşkilinə dəstək göstərən təşkilatların nümayəndələri və qadın sahibkarlar iştirak ediblər.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və “Marsol Group”un təsisçisi Tural Mustafayev çıxış edərək ölkəmizdə qadın sahibkarlığın inkişafına dəstək tədbirləri, bu sahədə özəl sektorun təşəbbüsləri və layihə barədə ətraflı məlumat veriblər. Bildirilib ki, artıq üçüncü ildir keçirilən layihənin məqsədi qadın sahibkarların iqtisadi və sosial həyatda fəallığının artırılması və onlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Builki layihədə müxtəlif sektorları təmsil edən 100-dən çox qadın sahibkar iştirak edəcək. Layihə çərçivəsində müxtəlif mövzularda təlim, seminar və master klaslar, işgüzar görüşlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək.

Tədbir çərçivəsində layihə ilə bağlı filmlər nümayış olunub, həmçinin builki layihə tərəfdaşlarının fikirləri dinlənilib.

Tədbirdə iştirak edən qadın sahibkarlar “Bakı KOB evi”nin fəaliyyəti, burada sahibkarlara göstərilən xidmətlərlə tanış olublar.

Qeyd edək ki, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi 2024-cü ildən icra olunur. “Kapital Bank”, “Məlhəm Beynəlxalq Hospital”, “Corian Baku”, “Ətirşah Parfüm”, “Gizli Bahçe” restoranı və “Moon Group” builki layihənin tərəfdaşları və dəstək göstərənləri sırasındadır. Layihənin bu ilin mart ayında başa çatdırılması nəzərdə tutulub.

İstinad: https://vergiler.az/news/economy/37835.html

Ətraflı məlumat: +994 10 510 04 51

Sahibkarlığa doğru ağıllı və sürətli addım

VÖEN açılması və MMC qeydiyyatı proseslərini e-voen.az vasitəsilə rəsmi, təhlükəsiz və operativ şəkildə həyata keçirin. Artıq sənədləşmə və vaxt itkisi yoxdur.

VÖEN AÇMAQ

Fiziki şəxslər üçün fərdi sahibkar kimi dövlət qeydiyyatının aparılması. Müraciət onlayn qəbul edilir, proses qanunvericiliyə uyğun və qısa müddətdə tamamlanır.

MMC AÇMAQ

Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması, təsis sənədlərinin hazırlanması və dövlət qeydiyyatının həyata keçirilməsi. Nizamnamə, Reysetrdən Çıxarış, Vöen