Fəaliyyət kodları yeni redaksiyada – 2025

İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları – 2025

Fəaliyyət növləri üzrə vergi münasibətlərinə vahid yanaşmanın təmin edilməsi, uçot məlumatlarının dəqiqləşdirilməsi və ödəyicilərin öz fəaliyyətlərinə uyğun vergi öhdəlikləri barədə əvvəlcədən məlumatlı olmaları məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əmri ilə təsdiqlənmiş “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” tətbiq edilir.

Mövcud iqtisadi proseslər nəticəsində yaranan yeni fəaliyyət kodları (növləri) və Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınaraq, bu sənədin yeni redaksiyası təsdiq olunub və Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilib.