Obyekt kodu almaq – Obyektin (təsərrüfat subyektinin) onlayn qeydiyyatı

Obyekt qeydiyyata almaq, obyektin məlumatını dəyişmək, obyektin fəaliyyətini dayandırmaq və ya ləğv etmək istəyən vergi ödəyicisi xidmət mərkəzinə yaxınlaşmadan, online rejmdə “obyekt qeydiyyatı ərizəsi”, “obyekt məlumatdəyişdirmə ərizəsi”, “obyektin fəaliyyətinin dayandırılması ərizəsi” və “obyektin ləğvi ərizəsi”ni dolduraraq DVX-nə göndərə bilər.

Obyekt kodu nədir?

Obyekt kodu – vergi orqanlarında uçota alınmış təsərrüfat subyektinə (obyektə) verilən 15 rəqəmli unikal identifikasiya nömrəsidir.

Obyekt kodu necə almaq olur? Obyekt kodu necə alınır?

Obyekt kodu almaq üçün obyektin icarə və ya mülkiyyət sənədləri əsasında vergi orqanına onlayn müraciət edilir və uçot aparıldıqdan sonra vergi ödəyicisinə kod təqdim olunur.

VÖEN olmadan obyekt kodu almaq olar?

Xeyr. Obyekt kodu yalnız vergi ödəyicisi kimi uçota alınmış və VÖEN əldə etmiş şəxslərə verilir. VÖEN olmadıqda obyektin kodlaşdırılması mümkün deyil.

Öz əmlakıma obyekt kodu ala bilərəm? Öz əmlakıma görə də vergi ödəliyəm?

Bəli. Sahibkarlıq fəaliyyəti məqsədilə istifadə olunan öz əmlakınız da obyekt kimi uçota alınır və ona kod verilir. Bu halda obyektin şərti icarə haqqı bazar qiyməti əsasında müəyyən edilir və həmin məbləğin 14%-i vergi kimi tutulur.

Kirayə mənzil müqaviləsi ilə obyekt kodu əldə etmək mümkündürmü? İcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü?

Bəli, mümkündür. İcarəyə götürülən obyektin vergi orqanında uçota alınması şərtdir. Uçot aparıldıqdan sonra vergi ödəyicisinə 15 rəqəmli kod təqdim olunur. İcarə haqqının məbləği isə Vergi Məcəlləsinə uyğun olaraq bazar dəyəri nəzərə alınmaqla müəyyən edilir.

Bazar qiyməti nədir?

Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.

Obyekt uçota alınandan sonra vergi ödəməliyəm?

Bəli. Obyekt uçota alındıqdan sonra icarə haqqından Vergi Məcəlləsinə uyğun olaraq 14% vergi tutulur və bu ödəniş vergi uçotunda əks olunur.