Tez-tez verilən suallar
Fərdi sahibkar kimi VÖEN almaq üçün nə tələb olunur?
Azərbaycan Respublikasının vətəndaşı olan istənilən şəxs, yalnız şəxsiyyət vəsiqəsi əsasında onlayn platforma vasitəsilə VÖEN qeydiyyatından keçə bilər. Proses elektron formada aparıldığından fiziki iştirak tələb olunmur. Şəxsiyyət vəsiqəsini 0105100451 (whatsapp) nömrəsinə göndərməyiniz kifayətdir.
VÖEN qeydiyyatı üçün yaş məhdudiyyəti varmı?
Bəli. Qanunvericiliyə əsasən, yalnız 18 yaşını tamamlamış şəxslər fərdi sahibkar kimi qeydiyyatdan keçə bilər.
Asan İmza almaq üçün haraya müraciət etməliyəm?
Asan İmzanı rəsmi mobil operatorlardan (Azercell, Nar, Bakcell) və ya bizim vasitəmizlə sifariş edərək əldə edə bilərsiniz. Tətbiq olunan prosedura uyğun olaraq identifikasiya və aktivləşdirmə mərhələsi həyata keçirilir. Çatdırılma xidməti mövcuddur. Sifariş üçün 0105100451 (whatsapp) nömrəsi ilə əlaqə saxlamağınız kifayətdir.
MMC yaratmaq üçün hansı sənədlər lazımdır?
MMC qeydiyyatı üçün təsisçi və direktorun (qanuni təmsilçinin) şəxsiyyət vəsiqəsi və hüquqi ünvan (yaşayış və ya icarə ünvanı) tələb olunur. Qeydiyyat zamanı təsis sənədləri sistem tərəfindən formalaşdırılır.
MMC qeydiyyatı və fərdi sahibkar qeydiyyatı arasında fərq nədir?v
Fərdi sahibkar fiziki şəxs kimi fəaliyyət göstərir və öz öhdəliklərinə bütün əmlakı ilə cavabdehdir. MMC isə hüquqi şəxs statusuna malikdir və məsuliyyət yalnız nizamnamə kapitalı ilə məhdudlaşır. Vergi və hesabat tələbləri də bu struktur fərqlərinə görə dəyişir.
Asan İmza nədir və nə işə yarayır?
Asan İmza — mobil operatorlar tərəfindən təqdim olunan elektron imza vasitəsidir. Bu vasitə ilə vergi bəyannamələrinin təqdimatı, elektron dövlət xidmətlərindən istifadə və bank əməliyyatlarının icrası həyata keçirilir.