Onlayn vöen açmaq – Fərdi sahibkar vöen qeydiyyatı

VÖEN AÇMAQ
  • 1-ci mərhələ
  • 2-ci mərhələ
  • 3-cü mərhələ
  • 4-cü mərhələ

Onlayn vöen açmaq – fərdi sahibkar vergi qeydiyyatı

Fərdi sahibkar kimi vergi uçotuna alınma prosesi tamamilə onlayn şəkildə həyata keçirilir. Qeydiyyat üçün yalnız şəxsiyyət vəsiqəsi kifayətdir – heç bir əlavə sənəd, e-imza və ya fiziki müraciət tələb olunmur.

Cəmi 5 dəqiqə ərzində, heç bir yerə getmədən rəsmi vergi uçotuna alınırsınız. Prosesin nəticəsi olaraq sizə Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) təqdim olunur. Bu üsul hazırda mövcud olan ən sürətli, rəsmi və təhlükəsiz fərdi sahibkar qeydiyyatı prosedurudur.

Sualınız yaranarsa çağrı mərkəzi ilə əlaqə saxlayın: +994105100451

VÖEN nədir?

VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) – Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan rəsmi qeydiyyat sənədidir. Bu sənəd həm fiziki şəxslərə (fərdi sahibkarlara), həm də hüquqi şəxslərə (MMC, ASC, QSC və s.) verilir.
VOEN açmaqla siz rəsmi olaraq vergi orqanlarında uçota alınır, qanuni fəaliyyətə başlayır və dövlət tərəfindən tanınırsınız.

Onlayn VÖEN açmaq nə qədər vaxt aparır?

Adətən 5-10 dəqiqə müddətində tamamlanır.

Onlayn vöen açmaq üçün asan imza olmalıdır?

Onlayn Vöen açmaq üçün asan imza tələbi yoxdur. Asan İmza gələcəkdə fəaliyyətiniz zamanı Sizə vacib ola bilər.

VÖEN açmaq üçün hansı sənədlər tələb olunur?

Fərdi sahibkar vöeni açmaq üçün tək şəxsiyyət vəsiqəsi kifayətdir. Hüquqi şəxs (MMC) açmaq üçün şəxsiyyət vəsiqəsi, şirkət adı, hüquqi ünvan lazımdır.

e-voen.az vasitəsilə onlayn VÖEN qeydiyyatı necə aparılır?

– e-voen.az portalında qeydiyyat formunu doldurursunuz, buraya ad, soyad, ünvan, telefon, e-poçt, fəaliyyət sahəsi kimi xanalar daxildir.
– Əməkdaş sizinlə əlaqə saxlayır və müvafiq məlumatları şifahi olaraq dəqiqləşdirir.
– Dövlət Vergi Xidmətinin portalında qeydiyyat aparılır.
– Vöen bir neçə dəqiqəyə hazırlanır.
– Sizə onlayn göndərilir.