VÖEN açmaq – ən sürətli onlayn VÖEN qeydiyyatı xidməti

Qeydiyyat növü
Fəaliyyət növü
Fəaliyyətinizi ətraflı qeyd edin

VÖEN nədir?

VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) – Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan rəsmi qeydiyyat sənədidir. Bu sənəd həm fiziki şəxslərə (fərdi sahibkarlara), həm də hüquqi şəxslərə (MMC, ASC, QSC və s.) verilir.
VOEN açmaqla siz rəsmi olaraq vergi orqanlarında uçota alınır, qanuni fəaliyyətə başlayır və dövlət tərəfindən tanınırsınız.

VÖEN açmaq üçün tələb olunan sənədlər

Fərdi Sahibkar üçün:

  • Şəxsiyyət vəsiqəsi

MMC (hüquqi şəxslər) üçün:

  • Təsisçi və direktorun şəxsiyyət vəsiqəsi
  • Hüquqi ünvan

VÖEN açmaq prosesinin addım-addım izahı

  • e-voen.az portalında qeydiyyat formunu doldurursunuz, buraya ad, soyad, ünvan, telefon, e-poçt, fəaliyyət sahəsi kimi xanalar daxildir.
  • Əməkdaş sizinlə əlaqə saxlayır və müvafiq məlumatları şifahi olaraq dəqiqləşdirir.
  • Dövlət Vergi Xidmətinin portalında qeydiyyat aparılır.
  • Vöen bir neçə dəqiqəyə hazırlanır.
  • Sizə onlayn göndərilir.

VÖEN açmağın üstünlükləri

  • Qanuni sahibkarlıq fəaliyyəti
  • Biznes Bank hesabı açmaq imkanı
  • Dövlət və özəl tenderlərdə iştirak hüququ
  • Müştərilər qarşısında etibarlılıq
  • Vergi güzəştlərindən yararlanmaq

VÖEN Açmaq Haqqında Tez-Tez Verilən Suallar (FAQ)

VÖEN açmaq nə qədər vaxt aparır?

Adətən 5-10 dəqiqə müddətində tamamlanır.

Asan İmzam yoxdursa, VÖEN aça bilərəmmi?

Bəli, Vöen açmaq üçün asan imza tələbi yoxdur. Asan İmza gələcəkdə fəaliyyətiniz zamanı Sizə vacib ola bilər.

VÖEN açmaq üçün vergi ödəmək vacibdirmi?

Vöen açdıqdan sonra sahibkarlıq fəaliyyətindən əldə etdiyiniz gəlirə və seçdiyiniz mükəlləfiyyətinizə uyğun vergi hesablanır. Bunun üçün vaxtlı-vaxtında vergi bəyannamələrini verməli və vergiləri dövlət büdcəsinə ödəmək vacibdir.

Əlavə suallarınız yaranarsa Bizə zəng edin: +994 10 510 04 51